İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Bakı Regional Məşğulluq filialının və Kingsmart MMC-nin birgə təşkilatçılığı ilə Kristal şadlıq sarayının inzibati binasında 12 mart 2026-cı il tarixdə, saat 11:00-dan 13:00-a kimi "Əmək Yarmarka"-sı keçiriləcək.
“Əmək Yarmarka”-sı üzrə işə qəbul olmaq istəyən şəxslər qeyd olunan tarixdə Kristal şadlıq sarayının inzibati binasına yaxınlaşa bilərlər.
- 1 müəssisə
- 21 vakansiya
“Əmək Yarmarka”-na gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat “Əmək Yarmarka”da iştirak edən şəxslərə təqdim olunacaqdır.
Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi (Kristal şadlıq sarayı)






