Şriftin ölçüsü :

Saytın rəngi :

İşsiz və işaxtaran şəxslərin nəzərinə!

03 fevral 2026 | 10:45

     Bakı Regional Məşğulluq filialının və Qaradağ RİH-in birgə təşkilatçılığı ilə Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin inzibati binasında 05 fevral 2026-cı il tarixdə, saat 11:00-dan 13:00-a kimi "Əmək Yarmarka" -sı keçiriləcək.

     “Əmək Yarmarka”-sı üzrə işə qəbul olmaq istəyən şəxslər qeyd olunan tarixdə Heydər Əliyev Mərkəzinin inzibati binasına yaxınlaşa bilərlər.

  • 15 müəssisə
  • 200 vakansiya

     “Əmək Yarmarka”-na gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat “Əmək Yarmarka”da iştirak edən şəxslərə təqdim olunacaqdır.                                                                               

Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, Heydər Əliyev parkı

Keçidlər