Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Regional Məşğulluq filialının təşkilatçılığı ilə " Əmək Yarmarka" -sı keçiriləcək

18 sentyabr 2024 | 16:16

Bakı Regional Məşğulluq filialının təşkilatçılığı ilə Nizami Kino Mərkəzinin inzibati binasında 24 sentyabr 2024-cü il tarixdə, saat 11:00-dan 13:00-a kimi  " Əmək Yarmarka" -sı keçiriləcək.

“Əmək Yarmarka”-sı üzrə işə qəbul olmaq istəyən şəxslər qeyd olunan tarixdə Nizami Kino Mərkəzinin inzibati binasına yaxınlaşa bilərlər.

 

  • 35 müəssisə
  • 350 vakansiya

 

            “Əmək Yarmarka”-na gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat “Əmək Yarmarka”da iştirak edən şəxslərə təqdim olunacaqdır.

                                                                                          

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr, 20

Keçidlər