Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi vakansiya elan edir
Vakansiya: Elektrik
İş Yeri: Səngəçal qəsəbəsi (nahar şirkət tərəfindən təmin olunur)
İş yerinə çatdırılma: Şirkət tərəfindən təmin olunur (20 yanvar m/s)
İŞ ŞƏRAİTİ: Standart
İŞ REJİMİ: 5 günlük 09:00-18:00
Sığorta: İcbari
NAMİZƏDƏ TƏLƏBLƏR:
Təhsil : Ali və ya orta ixtisas (energetika və elektrik istiqaməti üzrə)
İş təcrübəsi : Müvafiq sahə üzrə 2 il təcrübə;
Digər tələblər:
- Elektrik qurğu və avadanlıqların texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, mexanizm və fəaliyyət prinsiplərini bilməli;
- Elektrik qurğuları və avadanlıqların istismarı, təmiri və xidməti üzrə mütərəqqi təcrübəsi olmalı;
- Maqnit işəburaxıcılarla (kontaktor) işləmə bacarığı olmalı;
- 1000 Vt və yuxarı gərginlikli elektrik qurğularında çalışma icazəsi olmalı;
Vəzifə öhdəlikləri:
- Elektrik sxemlərinə uyğun olaraq operativ işləri görmək;
- Kabel xətlərində təmir işlərini aparmaq;
- Elektrik avadanlıqlarının təmirini həyata keçirtmək;
- Elektrik enerjisi təminatını planlaşdırmaq və müvafiq hazırlıq işləri görmək;
- Elektrik mühərriklərini işə salmaq və onlara nəzarət etmək;
- Elektrik sistemində yaranan nasazlıqları aradan götürmək;
- 6 KV elektrik yarımstaniyalarında illik texniki qulluq işlərinin aparılmasında iştirak etmək;
- Dizel generatorlarına texniki qulluq etmək;
Əmək haqqı: 800-1000 AZN , əlavə olaraq bir neçə dəfə il ərzində mükafat alma imkanı.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Elektrik” qeyd etməklə hr@dea.az elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.