65 yaş və yuxarı şəxslər profilaktik tibbi müayinələrə dəvət olunur!
17 iyul 2026 | 15:50
Bakı Baş Səhiyyə Mərkəzi
“Qızıl yaşlar”
“Sağlam və fəal həyat üçün”
65 yaş və yuxarı şəxslər profilaktik tibbi müayinələrə dəvət olunur!
TƏBİB-in dəstəyi və Bakı Baş Səhiyyə Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində yaşayan 65 yaşdan yuxarı bütün vətəndaşlar ödənişsiz profilaktik tibbi müayinələrə cəlb olunur.
Müayinələrin məqsədi:
* Yaşla bağlı sağlamlıq risklərinin vaxtında aşkarlanması;
* Ürək-damar sistemi xəstəliklərinin erkən diaqnostikası;
* Şəkərli diabet, onkoloji və nevroloji xəstəliklərin müəyyən edilməsi;
* Xroniki xəstəliklərin ağırlaşmalarının qarşısının alınması;
* Müalicə və sağlamlaşdırma tədbirlərinə vaxtında başlanılması.
Hərəkət məhdudiyyəti olan vətəndaşlar üçün yaşayış ünvanında ambulator tibbi müayinələrin aparılması da nəzərdə tutulur. Tibbi göstəriş olduqda ixtisas həkimlərinin evdə konsultasiyası təşkil edilir.
Sağlamlığınızı qoruyun!
Profilaktik müayinədən keçməyi gecikdirməyin!






