Əmək yarmarkasının keçirilməsi nəzərdə tutulmuşdur
Hörmətli sakinlər
Məlumat üçün bildiririk ki, ərazi vahidi üzrə əhalinin məşğulluğunun təmin olunması məqsədilə 21.09.2023-cü il tarixində Bakı Regional Məşğulluq filialı tərəfindən HOLİDAY İNN BAKU mehmanxanasında ümumi formatda Əmək yarmarkasının keçirilməsi nəzərdə tutulmuşdur. Yarmarkada 30 müəsisə tərəfindən 700-dən çox vakansiya təqdim olunması gözlənilir.
Bunu nəzərə alaraq, aktiv iş axtarışında olan vətəndaşların yarmarkaya dəvət olunmasına köməklik etməyinizi Sizdən xahiş edirik.
Keçiriləcək yarmarkaya dair məlumatlar:
Keçiriləcək ünvan: Nəsimi ray, Kövkəb Səfərəliyeva küç, 15 (Port Baku Malla üzbəüz)
Saat: 10:00-12:30
Cins: Kişi/Qadın
Təhsil səviyyəsi: Orta\ Ali
Yaş kateqoriyası: 18-60